Tovuzda DƏHŞƏT: Sahibsiz itlər 11 nəfəri parçaladı – VİDEO

Cəmiyyət

Tovuzda bir-birinə qonşu olan bir neçə kənddən bir gündə 10-dan çox şəxsi sahibsiz itlər dişləyib. Dördayaqlıların hücumuna məruz qalan sakinlər müxtəlif xəsarətlərlə xəstəxanalıq olub. Zərərçəkənlərin bir neçəsi də azyaşlıdır. 

Bu barədə Xəzər TV sujet hazırlayıb.

Çağrılmayan qonaqlar kənd sakinlərinə qənim kəsilib. Tovuzun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.

Təkcə bir gündə 11 nəfər kənd sakini dördayaqlıların hücumuna məruz qalaraq xəstəxanalıq olublar. Vəziyyət o yerə çatıb ki, küçədə adam olmayanda itlər qapısı açıq olan həyətlərə də soxulurlar. 

Zərəçəkənlərin  hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə vaksin vurulub.Lakin içərisində azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı ağır xəsarətlərə görə orta ağır qiymətləndirilir.

Sakinlər bildirirlər ki,bununla əlaqədar  aidiyyatı qurumlara müraciət ediblər. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir