Sumqayıtda avtomobil yolu yenidən çökdü – FOTO/VİDEO

Cəmiyyət

Sumqayıtda avtomobil yolu çöküb.

Oxu.Az xəbər verir ki, şəhərin Kamran Hüseynov küçəsində baş verən hadisə zamanı yol yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, çökməyə səbəb kanalizasiya borularının köhnə olması səbəbindən çirkab suların daşaraq torpaq qatını yumasıdır.

Səhər saatlarından əraziyə “Azərsu” ASC-nin briqadası cəlb edilib. Yolda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

“Azərsu” ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən küçədə qəza dünən gecə saatlarında baş verib:

“Qəza ilə bağlı daxil olan müraciət əsasında əraziyə qurumun Sumqayıt Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları cəlb edilib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Sovet dövründən istifadədə olan kanalizasiya boruları olduğundan müxtəlif vaxtlarda burada bir neçə dəfə bənzər hal baş verib. Hazırda yolun çökmüş hissəsindən keçən 600 mm-lik dəmir-beton borularda qəzalı olan hissənin yenilənməsi üçün tədbir görülür”.

Qeyd edək ki, şəhərin sözügedən K.Hüseynov küçəsində avtomobil yolunun müxtəlif istiqamətlərində dəfələrlə yol çökməsi qeydə alınıb. 

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Könül Cəfərli 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir