Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir – SİYAHI

Cəmiyyət

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalının qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

2. Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

4. 28 May küçəsinin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;

5. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, “20 Yanvar” dairəsi istiqamətində;

6. Həsən bəy Zərdabi prospektinin “20 Yanvar” dairəsinə düşən hissəsində;

7. Abbasqulu ağa Bakıxanov küçəsində Murtuza Muxtarov küçəsi ilə kəsişmədən Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində;

8. Akademik Həsən Əliyev küçəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində;

9. Xaqani küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində;

10. Bülbül prospektində, “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

11. Azadlıq prospektinin Eldar Tağızadə küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində;

12. Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində;

13. Təhsil Muzeyinin qarşısı daxil olmaqla Əbdüləzəl Dəmirçizadə küçəsinin Qarabağ küçəsi ilə kəsişməsindən, Şah İsmayıl Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində;

14. İstiqlaliyyət küçəsində “İçərişəhər” metro stansiyasının qarşısından Niyazi küçəsinə doğru, “Azneft” dairəsi istiqamətində;

15. Rəşid Behbudov küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

16. Bakı – Sumqayıt şossesində, Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir