Aqil Məmmədov: “TEKNOFEST” festivalı Şuşa Bəyannaməsinin ilkin nəticələrindəndir”

Cəmiyyət

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı iki qardaş ölkə arasında strateji tərəfdaşlığın real məzmun daşımasının bir örnəyidir. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi bu festivalla demək olar ki, praktik formada özünü göstərməyə başladı. Bu yeni bir başlanğıcdır. İnanırıq ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha üstün səviyyəyə qalxacaq”.

Bu fikirləri söyləyən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, festivaldakı çıxışı zamanı Prezident İlham Əliyev qardaş ölkələrin münasibətlərini və gələcək perspektivlərini daha ətraflı ifadə edib: “Cənab Prezident Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq bildirdi ki, “Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilir”.

Millət vəkilinin sözlərinə görə Ulu öndərlərimiz Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir , Heydər Əliyevin “Bir millət, iki dövlət”  fikirləri ilə yola çıxan ölkələrimiz, müasir dövrdə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində böyük və uğurlu bir mərhələni geridə qoymuşlar: “Məhz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın həm öz ölkələrinin inkişafı naminə, həm də iki qardaş ölkələri yaxınlaşdırmaq, vahid güc mərkəzinə çevirmək niyyətilə apardıqları siyasət bu gün real nəticələrini verməkdədir. Bunu 44 günlük Vətən müharibəsinin gedişində də bütün dünya gördü. Azərbaycan 28 ildən sonra öz torpaqlarını qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi ilə işğaldan azad etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq”.

 A.Məmmədov bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlər bundan sonra daha da inkişaf etdiriləcək: “Bu gün münasibətlərimizin bu səviyyədə olması xalqlarımızın və dövlətlərimizin mənafeyinə uyğundur. Çünki, bu birlik hansısa ötəri strateji maraqlara deyil, tarixə, soykökümüzə, dil, din, mədəniyyət bidliyimizə əsaslanır. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi.  Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bunun bir nümayişi oldu”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir