“Azərişıq” ödənişləri ilə bağlı yenilik – AÇIQLAMA + FOTO

Cəmiyyət

“Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər.

“Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər” – deyə Q.Həmidov qeyd edib.

Daha çox şəkil burada: Photostock.az

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir