Bakıda bir məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmayıb

Cəmiyyət

Bakıdakı 152 saylı tam orta məktəbin məzunlarından heç biri ali məktəbə qəbul olmayıb. 

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

2021-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20157 şagird bitirib və onların 20082 nəfəri buraxılış imtahanında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 10073 məzunu (imtahanlarda iştirak edənlərin 58.89%-i) tələbə adını qazanıb. Onların 58.83%-i (5926 nəfəri) dövlət, 2.68%-i (270 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 29.11%-i (2932 nəfəri) dövlət, 9.38%-i (945 nəfəri) isə özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

 Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir