AZPROMO: “Qarabağda fəaliyyət üçün 1200-dən çox müraciət daxil olub”

Cəmiyyət

“Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub”.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiyada çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

O deyib ki, müraciətlər KOBİA vasitəsilə qəbul edilir:

“Bu müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. Ötən il isə Azərbaycanın Türkiyəyə ixracı 12% artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir