Gədəbəy sakini Goranboyda özünə xəsarət yetirib

Cəmiyyət

Goranboyda 54 yaşlı kişi kəsici ailətlə özünə ciddi xəsarət yetirib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1968-ci il təvəllüdlü Ş.Sadıqov qarın nahiyəsindən kəsici ailətlə özünə ağır xəsarət yetirib.

O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir