Nazir müavini meşə yanğınlarından DANIŞDI – VİDEO

Cəmiyyət

“Bir neçə gündür ki, şimal zonasında – Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə, Şabran rayonu, Ağalıq kəndi və Quba rayonunda bələdiyyə ərazisində yanğınlar davam edir. Müzəffəroba kəndi və Qubadakı ərazidə demək olar ki, yanğınlar söndürülür”.

Hadisə yerində olan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Ağalıq kəndində yanğınlar davam edir:

“Həmin ərazidə meşə ərazisi 60 hektardır ki, burada palıd, qovaq kimi ağaclar var. Meşənin 45 hektarının lokal ərazilərində yanğınlar baş verib, təbiətə ciddi ziyan dəyib, yanğının əhatəsi və dəymiş ziyan barədə əlavə məlumat veriləcək. 

Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, üç gündür ki, yanğının söndürülməsinə səy göstərirlər. Əraziyə yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Yanğının baş verməsi ilə bağlı komissiya yaradılıb və hadisənin səbəblərinin ciddi araşdırılması, təqsirkarların cəzalandırılması üçün polisə müraciət edilib”, – deyə nazir müavini əlavə edib.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir