Nazir: “Postmüharibə dövründə qazilərimizin reabilitasiyasına ciddi önəm verilib”

Cəmiyyət

“Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib”.

Oxu.Az xəbər verir ki, bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanlarımızın 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub:

“Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir