Lənkəran sakinləri icra başçısının sabiq müavinini qınayırlar – VİDEO

Cəmiyyət

Bir neçə gün əvvəl baş verən hadisə tək Lənkəranda deyil, bütün ölkədə böyük rezonansa səbəb oldu. Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ciddi ictimai qınağa çevrildi. 

Baku TV məsələ ilə bağlı Lənkəran sakinləri arasında sorğu keçirib.

Sakinlər birmənalı olaraq sabiq icra başçısı müavininin davranışının cinayət olduğunu deyiblər.

Qeyd edək ki, məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb.

Ətraflı süjeti təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir