İsmayıllıda meşələr yandırılır – VİDEO

Cəmiyyət

İsmayıllı rayonunda meşələrin yandırıldığı iddia edilir.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Məlumata görə, görüntülər rayonun Tircan kəndində lentə alınıb. Yenicə bərpa olunan meşələrin kömür üçün məhv edildiyi iddia edilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir