292 saylı məktəbdə uşaqlar qeydiyyata alınmır? – VİDEO

Cəmiyyət

Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir