Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib – VİDEO

Cəmiyyət

Sentyabrın 3-ü günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib.

Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib.

Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir