Abşeronda iş yoldaşlarının mübahisəsi qanla bitdi

Cəmiyyət

Abşeron rayonu Masazır qəsəbəsində bıçaqlanma qeydə alınıb.

APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Rzali Ali Muhamməd oğlu marketin qarşısında iş yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı o bıçaqlanaraq çoxlu qan itirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir