Sumqayıtda iki qardaş bir neçə dəqiqəlik fərqlə eyni yerdə qəzaya düşdü

Cəmiyyət

Sumqayıtda eyni ərazidə iki qəza baş verib.

“Sumqayıt24” xəbər verir ki, hadisələr Polad Həşimov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

İlk növbədə dönmə manevri edən “Lada” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən birinci maşın işıq dirəyinə, ikincisi isə bordürə çırpılıb.

Qeyd edək ki, sürücülərdən birinin qardaşı da bir neçə dəqiqə sonra həmin yerdə qəzaya uğrayıb. O, idarə etdiyi “Opel” ilə digər eyni markalı maşınla toqquşub.

Qəzalar nəticəsində iki nəfər xəsarət alıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir