Oğlunun narkotik qəbul etməsindən şübhələnən ana özünü yandırdı

Cəmiyyət

Bakıda 43 yaşlı qadın özünü yandırıb.

“Qafqazinfo”nun məlumatına görə, dünən günorta saatlarında paytaxt sakini, 1979-cu il təvəllüdlü G.Məmmədova Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun üzünün və yuxarı ətraflarının yandığı müəyyən edilib.

Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı qadının evdə oğlu ilə mübahisə etdiyi və bu zəmində özünü yandıraraq intihara cəhd etdiyi məlum olub. Belə ki, G.Məmmədova oğlu Turalın (şərti) evə gəlməməsi və onun narkotik vasitə qəbul etməsindən şübhələndiyi üçün əsəbiləşərək canına qıyıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir