Bakıda istixanadan 250 000 manatlıq oğurluq

Cəmiyyət

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan istixanadan 250 000 manat dəyərində 2 000 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən doqquz nəfər müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir