“Ferrari” müştərilərə avtomobillərinin oyuncaq surətlərini təklif edib

Dünya

“Ferrari” avtomobil istehsalçısı “Amalgam Collection” ilə əməkdaşlıq edərək, İtaliya superkarlarının alıcılarına avtomobil alarkən seçdikləri modelin 1:8 və ya 1:12 miqyaslı surətini sifariş etmək imkanı təklif edir.

Müştəri avtomobilin oyuncaq nüsxəsini sifariş edərsə, “Ferrari” oyuncağın istehsalçısına orijinal modelin dəqiq texniki və dizayn xüsusiyyətlərini göndərir.

“Amalgam Collection” sifarişlə hazırlanmış oyuncaqların dəyərini açıqlamayıb, lakin kiçik “Ferrari”lərin 4500 -16 min dollar aralığında olduğu güman edilir.

Mənbə: gazeta.ru