“Roma” və “Napoli” azarkeşlərinin səfər matçlarında iştirakı qadağan olunacaq

İdman

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi “Roma” və “Napoli” futbol klublarının azarkeşlərinin səfərdə liqa oyunlarına gəlməsini iki aylıq qadağan edəcəyini açıqlayıb.

“Bu gün mən “Roma” və “Napoli” azarkeşlərinə növbəti iki ay ərzində səfər oyunlarında iştirakı qadağan edən əmri imzalayacağam”, – deyə nazir bildirib.

Bu qərara bir həftə əvvəl hər iki klubun fanat qruplarının İtaliyanın mərkəzi magistralı kənarındakı kafedə dava salması, yolun müvəqqəti bağlanmasına və çox kilometrlik tıxacın yaranmasına gətirib çıxaran insident səbəb olub. Hər iki tifozi qrupu komandalarının ayrı-ayrı şəhərlərdə baş tutacaq fərqli matçlarında iştirak etmək üçün yola çıxıb. Lakin onların yolu bir məntəqədə kəsişib və nəticədə bir azarkeş xəsarət alaraq xəstəxanaya aparılıb.

Futbol xuliqanlığının son epizodu İtaliyada yeni mübahisə dalğasına səbəb olub və hökumət belə epizodların ciddi şəkildə yatırılacağını açıqlayıb.

Mənbə: TASS