İranda qazın kəsilməsi ilə mənfi 20 dərəcədə acınacaqlı vəziyyət yaşanır – FOTO

Dünya

İranın Sistan və Bəluçestan əyalətindən tutmuş Gülüstan və Şimali Xorasan əyalətlərinə qədər bir çox bölgəsində qazın kəsilməsi əhalini acınacaqlı vəziyyətə salıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, hökumət bir sıra idarə, mərkəz və iş yerlərini bağlamaqla qaz çatışmazlığını kompensasiya etməyə çalışır.

ISNA xəbər ajansının hesabatına əsasən, yanvarın 18-də Sistan və Bəluçestan əyalətinin Xaş şəhər əhalisi qaz və kerosin çatışmazlığı nəticəsində elektrikdən istifadə edir, bu da əhalinin ödəyə bilmədiyi böyük məbləğdə elektrik qəbzlərinin yazılmasına səbəb olub.

 

Qeyd edək ki, Məşhədin Taybad qəsəbəsində də evlərdə istilik sistemi ilə bağlı acınacaqlı vəziyyət yaşanır.

Havanın tempreaturu mənfi 20 dərəcədir, qaz kəsilib, sular isə donub.