ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdi – FOTO

Dünya

İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah-sursat daşınmasının qarşısı alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya istinadla bildirib.

Məlumata görə, Oman körfəzində 15 yanvarda başlayan əməliyyatda Yəmənə qeyri-qanuni nəql olunan İrana məxsus üç mindən çox tüfəng, 578 min güllə və 23 tank əleyhinə idarə olunan raket aşkar edilərək müsadirə olunub.