Oxu.Az-ın müxbiri: “Elbistanda 96 saatdan sonra dağıntılar altından sağ çıxarılan var” – VİDEO

Dünya

“Türkiyədə baş verən güclü zəlzələ zamanı Elbistanda dağıntılar altında qalan şəxs sağ çıxarılıb”.

Bu barədə Oxu.Az-ın Türkiyədə olan əməkdaşı məlumat verib.

O bildirib ki, 20 saatdan çoxdur ki, Türkiyə və xarici ölkələrdən olan xilasedicilər həmin şəxsi çıxarmaq üçün çalışıblar:

“33 yaşlı kişi 96 saatdan sonra dağıntılar altından sağ çıxarılıb. Xilas edilən şəxsin ayağı və qolu sınıb”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dörd nəfər azərbaycanlı var. Dağılan binaların sayı 6 444 təşkil edir.

Almaz Qasımova