Tatarıstanda təqaüdçü bank filialını yandırmağa cəhd edib – VİDEO

Dünya

Tatarıstanın Aznakayevo şəhərində pensiyaçı bank filialına daxil olaraq bankomatların yanına tez alışan maye tökərək onu yandırıb.

Məlumatına görə, bundan sonra qadın naməlum istiqamətə qaçıb.

Bildirilir ki, tünd paltolu 63 yaşlı qadın bank filialına daxil olarkən başını və üzünü kapüşonla bağlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu tez bir zamanda saxlaya biliblər. Yaşlı şəxs polis bölməsinə aparılıb, lakin anlaqsız vəziyyətdə olduğundan indiyədək təqaüdçünü dindirmək mümkün olmayıb.

Mənbə: Baza