Fransa üzərində Yer atmosferinə çırpılan asteroid görüntüləndi – VİDEO

Dünya

Fransa üzərində kiçik asteroid Yer atmosferinə çırpılıb.

Kosmik daş parçasının eni cəmi bir metr olsa da, onu aşkarlamaq və trayektoriyasını hesablamaq mümkün olub. Həmçinin onun düşməsi barədə öncədən proqnoz verilib.

Bu cəmi yeddinci dəfədir ki, meteor Yerə toqquşmazdan əvvəl aşkarlanıb. Bir neçə ay əvvəl astronomlar meteoru Kanadanın üzərinə düşməsinə saatlar qalmış aşkar ediblər.

Kosmosda hərəkət edən bu cismin kiçik ölçüsünü nəzərə alsaq, onun, ümumiyyətlə, zərbəyə qədər görülməsinə nail olunması təəccüblüdür.

Mənbə: “Earth Sky”