Benksi Sevgililər Günü münasibətilə yeni əsərini təqdim etdi – FOTO

Dünya

Britaniyalı küçə rəssamı Benksi çərşənbə axşamı Sevgililər Günü münasibətilə məişət zorakılığı probleminə həsr olunmuş yeni əsərini təqdim edib.

Marqeyt qəsəbəsindəki bir evin divarına çəkilmiş və “Sevgililər Günü Təsviri” adlandırılan qraffitidə əri ilə mətbəxdə mübahisə etdiyi iddia edilən, önlük və rezin əlcək geyinmiş, gözünün ətrafı zərbədən qaralmış qadın təsvir edilib.

Eyni zamanda cütlük arasında mübahisə görüntüsü yaratmaq məqsədilə yan tərəfə çevrilmiş stul və divara söykənən dondurucu onların arasında baş verən mübarizəni vurğulamaq üçün nəzərdə tutulub.

Əsərin fotoları rəssam tərəfindən “Instagram”da yerləşdirilib.

Qeyd edək ki, Benksinin kimliyi hələ də sirr olaraq qalır.

Mənbə: TASS