Filippində güclü zəlzələ baş verib

Dünya

Cümə axşamı Filippində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 179 min nəfərin yaşadığı Leqazpi şəhərindən 89 km cənub-şərqdə yerləşib.

Dağıntı və insan itkisi barədə hələ ki, məlumat yoxdur.

Mənbə: gazeta.ru