Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham etdi

Dünya

“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyalı diplomat Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib:

“Təəssüf ki, biz uzun illərdir belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar”.

Rusiya XİN sözçüsü xatırladıb ki, bu cəhdlər məsələnin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb

“Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və orada daha yaxşı hal yaşanıb”, – deyə M.Zaxarova vurğulayıb. 

Mənbə: Sputnik