El məsəlini əyani göstərən rusiyalı deputata ağlasığmaz cəza – FOTO

Dünya

Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini qulaqlarında əriştə ilə dinləyən Samaradan millət vəkili Mixail Abdalkin hakim qarşısına çıxarılacaq.

Bu barədə deputatın özü xəbər verib.

Ona qarşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq ittihamı ilə inzibati protokol tərtib edilib. Bu maddə üzrə cəza 50 min rubla (1,1 min manata) qədər cərimə nəzərdə tutur. Məhkəmə martın 7-nə təyin edilib.

Abdalkin ordunu nüfuzdan necə saldığını bilmədiyini, bu iş üzrə mübarizə aparacağını və günahsız olduğunu sübut edəcəyini vəd verib.

Qeyd edək ki, fevralın 21-də Abdalkin sosial şəbəkə hesabından prezidentin mesajını qulaqlarında əriştə ilə dinlədiyini göstərən video yayımlayıb.

Yeri gəlmişkən, “qulaqlardan əriştə asmaq” frazeologiyası Rusiya ədəbiyyatında kiməsə həyasızcasına yalan danışmaq, adamı qəsdən çaşdırmaq, aldatmaq, yalan məlumat vermək, nağıllar danışmaq, əsas məsələdən fikrini yayındırmaq və s. mənasına gəlir.

Mənbə: Gazeta.ru