Krımda aerodrom ərazisində partlayışlar eşidilib: Rusiya ordusu nəyə hazırlaşır? – FOTO

Dünya

Martın 7-də səhər saatlarında Ukraynanın işğal altında olan Krım vilayətinin Sevastopol şəhərində gurultulu partlayış səsləri eşidilib.

Rusiyalı hərbçilər bunu təlimlərlə əsaslandırıblar.

Bu barədə “RBC-Ukrayna” qondarma qubernator Mixail Razvojayevin “Telegram” hesabına istinadən məlumat verib.

Yerli sakinlər sosial şəbəkələrdə qeyd edirlər ki, partlayışlar “Belbek” aerodromu ərazisində baş verib. Mixail Razvojayev isə bölgədə “hər şeyin sakit olduğunu” iddia edib.

“Sosial şəbəkələrdə yenə də aerodrom ərazisində hansısa partlayışların olduğunu yazırlar. Bu, yalandır. Gəmi heyətlərinin təlimləri aparılır. Şəhərdə sakitlikdir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya ordusu işğal olunmuş Krımda müdafiəyə hazırlaşır və bu məqsədlə də çimərliklər boyu yüzlərlə kilometr məsafədə səngərlər qazıblar.