Türkiyədə gölün rəngi zəlzələlərdən sonra dəyişdi – FOTO

Dünya

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Yeşilgöz gölünün rəngi dəyişib.

Şəhər mərkəzinə 60 kilometr aralıda, On İki Şubat mahalının Tekir məhəlləsində yerləşən firuzəyi rəngli göl qəhvəyi olub.

Dronla çəkilən görüntülərdə maraqlı mənzərə ortaya çıxıb.

Mənbə: TRT Haber