Tiflisdə iğtişaşlar: Su şırnaqları və gözyaşardıcı qazdan istifadə olundu – VİDEO

Dünya

Çərşənbə axşamı hüquq-mühafizə orqanları Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları işə düşüb.

Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.

Mənbə: TASS