Tramp məşhurların ona yazdığı 150 şəxsi məktubu dərc edəcək

Dünya

ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Trampa məktublar” kitabında dünya şöhrətli şəxslərin ona göndərdiyi 150 məktubu dərc edəcək.

Məlumata görə, kitabda kral ailələrinin üzvlərinin, prezidentlərin, biznesmenlərin və məşhurların dövlət başçısına ünvanladıqları şəxsi məktublar yer alacaq.

Tramp onları 40 ildən artıq müddətdə aldığı minlərlə məktub arasından seçib. Məsələn, kitabda ABŞ-nin keçmiş prezidentləri Ronald Reyqan, Riçard Nikson, Bill Klinton, keçmiş dövlət katibi Hillari Klinton, şahzadə Diana, Şimali Koreya lideri Kim Çen Inın və tanınmış teleaparıcı Opra Uinfrinin məktubları çap olunacaq. Donald Tramp hər məktuba onun müəllifi haqqında öz şərhini əlavə edəcək.

Mənbə: inosmi.ru