“Mançester Yunayted” 23 il sonra rekordunu təkrarladı

Dünya

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniya “Betis”inə 4:1 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Yunayted” klubu rekordunu təkrarlayıb.

“Opta”nın xəbərinə görə, “qırmızı şeytanlar” ardıcıl 15 ev matçında 2 və daha çox qol vurmağı bacarıb. Klub tarixində 4-cü dəfə bu seriyaya nail olub. “Mançester Yunayted” son olaraq 2000-ci ildə bunu bacarıb.

Komandalar arasındakı cavab qarşılaşması martın 16-da baş tutacaq.