“Bayraktar” Rusiya ordusunun nəzarət məntəqəsini məhv etdi – VİDEO

Dünya

Ukrayna Silahlı Qüvvələri “Bayraktar TB2” zərbə PUA-sının fəaliyyəti ilə bağlı yeni görüntüləri yayıb.

“Düşmənin nəzarət nöqtəsi məhv edildi!” – deyə qurumdan videoya şərh yazılıb.

Həmin görüntüləri təqdim edirik:

Martın 12-nə olan məlumata görə, fevralın 24-dən etibarən Rusiya ordusu döyüşlərdə ümumilikdə təxminən 12 mindən çox şəxsi heyət üzvünü itirib. Bundan başqa RF Silahlı Qüvvələrinin 362 tankı, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 62 reaktiv yaylım atəşi sistemi, 33 HHM sistemi, 58 döyüş təyyarəsi, 83 helikopteri, 585 avtomobil texnikası, 3 kater/gəmisi, 60 sisterni, 7 kəşfiyyat PUA-sı məhv edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir