Amerikalı aktrisa Sandra Bullok kinodan getmək qərarına gəlib.
Bu barədə aktrisa “ET Canada” nəşrinə müsahibəsində bildirib.
Aktrisa karyerasında fasilə elan etdiyini bildirib, lakin yenidən işinə nə vaxt qayıtmağı planlaşdırdığını açıqlamayıb.
“İşimə çox ciddi yanaşıram. (Hazırda) sadəcə 24/7 uşaqlarımla, ailəmlə olmaq istəyirəm”, – deyə o bildirib.
Bullok qeyd edib ki, onu xoşbəxt edən şeylərlə məşğul olmaq istəyir və diqqətini 12 yaşlı oğlu Lui, həmçinin 10 yaşlı qızı Leylanın tərbiyəsinə yönəltməyi planlaşdırır.
2015-ci ildə aktrisa uşaq evindən bir qızı övladlığa götürdüyünü demişdi. Lui də övladlığa götürülmüş uşaqdır.
“Ailəm şən, qarışıq, rəngarəng, çılğın, sevgi dolu və anlayışlıdır. Buna ailə deyilir”, – deyə aktrisa bildirib.
Sandra Bullok “Kor tərəf” (2010) filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar” və “Qızıl Qlobus” mükafatlarını qazanıb. Ona dünya şöhrəti gətirən filmlər isə “Dağıdıcı” (1993) və “Sürət” (1994) olub.
Qeyd edək ki, Bullok 2014-cü ildə Hollivudun ən çox qazanan aktrisaları siyahısına başçılıq edib, 2015-ci ildə isə dünyanın ən gözəl qadını (“People” jurnalının versiyasına görə) seçilib.
www.102info.az