Ukrayna müharibə itkilərini açıqladı

Dünya

“Rusiya işğalı başlayandan bəri təxminən doqquz min ukraynalı hərbçi həlak olub”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

Onun sözlərinə görə, bu müharibədə nəinki hərbçilər, əlinə silah götürənlər, hətta burada və məhz bu dövrdə doğulmasından başqa heç bir günahı olmayan balaca uşaqlar da iştirak edirlər.

“Onlar, həqiqətən, nə baş verdiyini başa düşmürlər, amma həm Soledar, Baxmut, Veliki Novoselkada, həm də burada qorunmağa ehtiyacları var. Çünki ataları cəbhəyə gedib və bəlkə də, ölən doqquz minə yaxın qəhrəmandan biridir”, – deyə Zalujnı vurğulayıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən etibarən Rusiya tərəfi 45 mindən çox hərbçisini itirib.

Mənbə: İnterfaks Ukrayna

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir