Xorvatiyada Viktor Medvedçukun dəbdəbəli yaxtasına həbs qoyuldu

Dünya

Xorvatiyada Viktor Medvedçukun 92 metrlik “Royal Romance” yaxtasına həbs qoyulub.

Artıq gəmi Riyeka limanını tərk edə bilməz.

Həbs Avropa İttifaqının Kremlə bağlı siyasətçilərə və məmurlara qarşı sanksiyalarına uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki “Royal Romance” yalnız şəxsi istifadə üçün nəzərdə tutulan böyük yaxtadır. Belə bir yaxtanın yalnız texniki xidmət, təmir və yanacaq xərcləri ildə 15-20 milyon dollar təşkil edir.

Jurnalistlər qeyd edirlər ki, 92 metrlik “Royal Romance” dünyanın ən böyük beş yaxtasından biridir və yalnız sahibinin ehtiyacları üçün istifadə olunur.

Gəminin dəyəri 200 milyon dollardan çoxdur.

Mənbə: obozrevatel.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir