Ukrayna kəşfiyatı: Belarusun ölkəyə hərbi müdaxiləsi ehtimalı yüksəkdir

Dünya

Belarusdan Ukraynaya hərbi müdaxilə ehtimalı çox yüksəkdir.

Bu məqsədlə beş minə yaxın hərbçidən ibarət ilk eşelon artıq formalaşdırılıb.

Bu barədə Ukrayna xüsusi xidmət orqanı nümayəndəsi, general-mayor Viktor Yaqunov məlumat verib.

O, həmçinin qeyd edib ki, hücum bir neçə mərhələdə ola bilər. Belarus ordusunun ümumi sayı 45 mindir, lakin nəzəri olaraq hücum əməliyyatında yalnız 20 min hərbçi iştirak edə bilər.

“Belaruslular öz məqsədlərinə çatmayacaqlar və məhv ediləcəklər, bu, şübhəsizdir”, – deyə Yaqunov əlavə edib.

Mənbə: tcn.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir