Ağ Evin sözçüsü Psaki COVID-ə yoluxub

Dünya

Ağ Evin sözçüsü Cennifer Psakinin COVID-19 testi müsbət çıxıb.

Bu səbəbdən o, ABŞ prezidenti Co Baydeni Avropa səfərində müşayiət edə bilməyəcəyini açıqlayıb.

Psaki verdiyi yazılı açıqlamada dünən Baydenlə iki görüşdə iştirak etdiyini, lakin prezidentin sonuncu PCR testinin mənfi olduğunu qeyd edib.

“Peyvənd sayəsində çox yüngül simptomlarım var. Ağ Evin COVID-19 protokollarına uyğun olaraq evdən işləyəcəyəm və 5 günün sonunda mənfi test nəticəsi aldıqdan sonra işə qayıdacağam”, – deyə Ağ Evin sözçüsü əlavə edib.

Mənbə: TRT

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir