Daun sindromlu qız məşhur brendin siması oldu

Dünya

Doqquz yaşlı daun sindromlu qız Britaniyanın “Burberry” brendinin reklam kampaniyasının çəkilişlərində iştirak edib.

Fotosessiya zamanı Roni Litman dəbdəbəli moda evinin yeni yaz-yay kolleksiyasından qəhvəyi-bej rəngli damalı kostyumda və eyni rəngli ayaqqabıda çəkilib.

Bununla yanaşı, azyaşlı “River Island”, “Asda George” və “TJ MAXX” kimi digər tanınmış brendlərlə əməkdaşlıq etməyə başlayıb.

Roninin 46 yaşlı anası Şelli böyük bir şirkətin siması olmaq təklifi alan qızı ilə fəxr etdiyini bildirib.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir