BMT: “Dörd milyona yaxın ukraynalı məcburi köçkünə çevrilib”

Dünya

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ukraynalıların 3,9 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.

Bu açıqlama ilə BMT-nin baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1 119 nəfər mülki şəxs həyatını itirib.

Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.

Mənbə: Ukrinform.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir