Araxamiya Zelenski və Putinin nə vaxt görüşə biləcəyini açıqladı

Dünya

“Artıq Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş zərurəti yaranıb”.

Bu sözləri Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

O, qeyd edib ki, sonuncu danışıqlar zamanı Zelenski ilə Putin arasında görüş məsələsi qaldırılıb, lakin həmin vaxt Rusiya nümayəndə heyəti bildirib ki, bunun üçün “daha ​​razılaşdırılmış saziş layihəsinin olması lazımdır”.

“Artıq bir həftə sonra danışıqlar prosesinin iştirakçılarından asılı olan məsələlər üzərində çalışmaq planlaşdırılır. Ümid edək ki, daha sonra ölkələrin prezidentləri görüşəcəklər”, – deyə D.Araxamiya bildirib.

Mənbə: Segodnya.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir