Dünyanın nəhəng klubları 23 yaşlı uruqvaylı futbolçunu öz heyətlərinə qatmağa çalışır

Dünya

Hazırda “Barselona”da çıxış edən Ronald Arauxonun Kataloniya klubu ilə olan müqaviləsi gələn mövsümün sonunda başa çatır.

İspaniya klubunun 23 yaşlı futbolçu ilə danışıqlar aparsa da hələ ki, tərəflər irəliləyişə nail ola bilməyiblər.

Qeyd edək ki, hazırda İngiltərənin “Mançester Yunayted” klubu futbolçu ilə yaxından maraqlanır.

Premyer Liqa nəhəngi müdafiəçi üçün yüksək transfer haqqı ödəməyə belə hazır olduğunu açıqlayıb.

Bundan başqa “Çelsi” və “Mançester Siti”də futbolçunu sıralarına qatmağa çalışır.

Lakin digər mənbələrin məlumatına görə, Ronald Arauxo karyerasını “Barselona”da davam etdirməkdə qərarlıdır, belə ki uruqvaylı futbolçunun Xavi Ernandeslə əla münasibəti var və o, ispaniyalı mütəxəssisin uzunmüddətli layihəsinin bir hissəsi olmaq istəyir.

Mənbə: Sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir