Van Damm Afrika ölkəsinin diplomatik pasportunu aldı – FOTO/VİDEO

Dünya

Belçika əsilli amerikalı aktyor Jan-Klod Van Damm Konqo Demokratik Respublikasının (DRC) diplomatik pasportunun sahibi olub.

Bu barədə “Politico” xəbər yayıb.

“Burada böyük məhəbbətlə qəbul etdiyim üçün Konqoya təşəkkür edirəm”, – deyə 61 yaşlı artist mərasim zamanı bildirib.

Məşhurun ​​sözlərinə görə, səfir adı ona bu Afrika ölkəsinin gənclərini, idmanını və canlı təbiətini tanıtmaq üçün beynəlxalq yardımı səfərbər etməyə kömək edəcək.

Sənəd Van Damma Konqo Demokratik Respublikasının xarici işlər nazirinin müavini Sami Adubanqo tərəfindən təqdim edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir