Canlı yayımda müharibədən danışan ukraynalı müğənni göz yaşlarına hakim ola bilmədi – VİDEO

Dünya

Məşhur ukraynalı müğənni Nastya Kamenskix İspaniya televiziyasında iştirak etdiyi xeyriyyə konsertində göz yaşlarına hakim ola bilməyib.

Canlı yayımda ifasını bitirəndən sonra çıxış edən ukraynalı pop-ulduz hazırda ölkəsində yaşanan müharibəyə toxunub:

“İndi Ukrayna sülh, müstəqillik və insan haqları uğrunda mübarizə aparır. Bütün dünyanı mənim ölkəmə kömək etməyə çağırıram”, – deyə Nastya Kamenskix söyləyib.

Qeyd edək ki, Nastya Kamenskixin çıxış etdiyi konsertdən yığılan pullar Ukraynada müharibədən zərər çəkmiş insanların ehtiyaclarına ödəniləcək.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir