Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb

Dünya

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Polşa tərəfinin 45 rusiyalı diplomatın ölkəni tərk etmək məcburiyyətində olduğunu bəyan etməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Diplomat mühafizəçilər və missiyanın bir neçə üzvünün müşayiəti ilə gəlib.

Polşa Xarici İşlər Nazirliyi martın 23-də casusluq şübhəsi ilə 45 rusiyalı diplomatın ölkəni tərk etməsini tələb edib. Rusiyanın Varşavadakı səfiri Sergey Andreev qeyd edib ki, diplomatik heyət müxtəlif vaxtlarda, maksimum 5 gün müddətində olmaqla ölkəni tərk etməlidir.

Bundan əvvəl isə Rusiya tərəfi Polşanın bu addımına müvafiq cavab verəcəyini bəyan etmişdi.

Mənbə: RİA.Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir