Türkmənistanda botoks, dodaqların böyüdülməsi kimi kosmetoloji xidmətlər qadağan edilir?

Dünya

Türkmənistanın Bayramali şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları bu günlərdə yerli gözəllik salonlarına gedərək qadın və qızlara bəzi kosmetik xidmətlərin göstərilməsinin qadağan edildiyini bildirirlər.

Türkmənistan KİV-də yayılan məlumatlara görə, salon sahiblərinə qadağanın pozulması halında ağır cərimələr və 15 sutka həbslə bağlı xəbərdarlıq edilir.

Onlar xəbərdarlıq edirlər ki, botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qadağanın tətbiqini təsdiq edən heç bir sənəd göstərmir və onun səbəblərini izah etmirlər.

“Bu xidmətləri göstərən ustalar 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər”, – deyə gözəllik salonu işçisi hüquq-mühafizə orqanlarından sitat gətirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir