Zelenskidən Putinin saxlanılan yaxın adamı ilə bağlı Rusiyaya təklif

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski həbsdə olan xalq deputatı, Rusiya Federasiyasının başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukla bağlı Rusiya tərəfinə təklif verib.

Ukrayna lideri bu barədə yeni videomüraciətində bildirib.

“Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu adamınızı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək”, – deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, Medvedçuk 50 günə yaxındır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də) saxlanılması çox simvolikdir.

“O, 48 gün gizləndi və nəhayət, qaçmağa cəhd etmək qərarına gəldi. Bu, “kosmonavt” üçün sözün pis mənasında məşhur “Getdik” şüarı işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusilə həyasızlıq hesab edirəm. Bu cür maskalamağa çalışıb. Belə bir “döyüşçü”… Belə bir “vətənpərvər”. Ancaq Medvedçuk özünə hərbi forma seçibsə, deməli, hərbi vəziyyətin qaydaları ona da şamil edilir”, – deyə prezident əlavə edib.

Xatırladaq ki, aprelin 12-də axşam Zelenski özünün “Telegram” kanalında Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Viktor Medvedçukun saxlanıldığını bildirib. Prezident xalq deputatının əliqandallı fotosunu paylaşaraq, təfərrüat barədə daha sonra ətraflı məlumat verəcəyini deyib.

Mənbə: UNIAN

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir