Çex diplomatlar Kiyevə qayıtdılar – FOTO

Dünya

Çex Respublikasının Ukraynadakı səfirliyi öz işini bərpa edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kiyevdə yenidən Çexiya bayrağı dalğalandı, diplomatlarımız geri döndülər. Bu, Ukraynaya dəstəyimizi ifadə etmək üçün atdığımız çoxsaylı addımlardan biridir. Çex Respublikası Ukraynanı həmişə dəstəkləyib və dəstəkləyəcək”, – deyə XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ukraynadakı səfirliyi Kiyevə qayıtdığını rəsmən təsdiqləyib.

Mənbə: Obozrevatel

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir